Bakı. 4 noyabr. REPORT.AZ/ Rusiyanın Saxalin adası sahillərində minlərlə dəniz ulduzu tələf olub.
“Report” xəbər verir ki, KİV buna noyabrın 1-nə keçən gecə Saxalinin cənubunda baş verən zəlzələnin səbəb olduğunu yazır.
Yerli sakinlər əvvəllər belə bir hadisənin şahidi olmadıqlarını bildiriblər.
Bununla belə, mütəxəssislərin fikrincə, burada qeyri-adi heç nə yoxdur.