Ermənistan Sarqsyanın qohumunun ekstradisiyası üçün Çexiyaya sorğu göndərib

Ermənistan Sarqsyanın qohumunun ekstradisiyası üçün Çexiyaya sorğu göndərib Bakı. 4 yanvar. REPORT.AZ/ Ermənistan tərəfi sabiq prezident Serj Sarqsyanın dekabrın 6-sı Praqada saxlanılan bacısı oğlu Narek Sarqsyanın ekstradisiyası üçün Çexiyaya sorğu göndərib.
Region
3348
4 Yanvar , 2019 02:51
Ermənistan Sarqsyanın qohumunun ekstradisiyası üçün Çexiyaya sorğu göndərib

Bakı. 4 yanvar. REPORT.AZ/ Ermənistan tərəfi sabiq prezident Serj Sarqsyanın dekabrın 6-sı Praqada saxlanılan bacısı oğlu Narek Sarqsyanın ekstradisiyası üçün Çexiyaya sorğu göndərib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Ermənistan Baş Prokurorluğunun İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Arevik Xaçatryan deyib.

Sarqsyan silah və narkotik saxlamaq, həmçinin fırıldaqçılıq ittihamı ilə əlaqədar cinayət işi çərçivəsində axtarışa verilib. O, ayrıca "adam oğurluğu" maddəsi ilə də ittiham edilir.

"Baş Prokurorluq Sarqsyanın ekstradisiyasına dair sorğunu Çexiyaya dekabrın 28-də göndərib", - deyə Xaçatryan bildirib.

Son xəbərlər

Orphus sistemi