Sarqsyan Paşinyana ismarış göndərib

Sarqsyan Paşinyana ismarış göndərib “İrəliləmək üçün keçmişdəki məsələlərə aydınlıq gətirmək lazımdır”
Region
1447
7 Avqust , 2020 12:43
Sarqsyan Paşinyana ismarış göndərib
Serj Sarqsyan

“Keçmişə qayıdış olmayacaq, ancaq Ermənistan tarixinin 2018-ci ilin aprelindən başlamadığını da anlamalıyıq”.

“Report” xəbər verir ki, bunu Ermənistanın keçmiş prezidenti Serj Sarqsyan “Facebook” səhifəsindəki müraciətində bildirib.

“İrəliləmək üçün keçmişdəki məsələlərə aydınlıq gətirmək lazımdır”,- o deyib.

Sarqsyan koronavirusla bağlı fövqəladə vəziyyət rejiminin başa çatmasını və 2016-cı ilin aprel döyüşləri, 2018-ci ilin aprel hadisələri ilə bağlı jurnalistlərlə görüşmək, mətbuat konfransı keçirmək istədiyini bildirib.

Mütəxəssislər vurğulayıblar ki, Sarqsyan keçmişin qayıtmayacağını deməklə Ermənistanın baş naziri Nikol Paşinyana ismarış göndərib. Çünki hazırda Sarqsyan külli miqdarda dövlət əmlakını mənimsəməkdə ittiham olunur və cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Son xəbərlər

Orphus sistemi