Sarqsyan: "Ermənistan Türkiyə ilə diplomatik münasibətləri pozmağa hazırdır"

Sarqsyan: "Ermənistan Türkiyə ilə diplomatik münasibətləri pozmağa hazırdır" "Bu, artıq 2018-ci ilin yazında baş verə bilər"
Region
20 Sentyabr , 2017 03:20
Sarqsyan: Ermənistan Türkiyə ilə diplomatik münasibətləri pozmağa hazırdır
Serj Sarqsyan

Bakı. 20 sentyabr. REPORT.AZ/ "Ermənistan Türkiyə ilə diplomatik münasibətlərin qurulmasına dair 2009-cu ildə imzalanmış protokolları ləğv etməyə hazırdır".

"Report" xəbər verir ki, bu bəyanatla Ermənistan prezidenti Serj Sarqsyan BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 72-ci sessiyasında çıxış edib.

Ermənistan prezidenti sənədlərin ratifikasiyası istiqamətində irəliləyiş olmayacağı təqdirdə Türkiyə hakimiyyətini belə bir addım atacaqları ilə hədələyib.

O bildirib ki, bu, artıq 2018-ci ilin yazında baş verə bilər.

Son xəbərlər

Orphus sistemi