Bakı. 8 sentyabr. REPORT.AZ/ Ermənistan prezidenti Serj Sarqsyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Düşənbədə keçiriləcək sammitində
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Sarqsyan Moskvada Rusiya prezidenti Vladimir Putin ilə görüşü zamanı bildirib.
"Rusiyaya, sizə Qarabağ münaqişəsinin həlli yollarının axtarışında göstərdiyiniz səylərə görə minnətdarlığımı bildirmək istərdim".
Ermənistan rəhbəri deyib ki, son iki həftədə qoşunların təmas xəttində vəziyyət çox gərgindir: "Mən bu barədə KTMT-nin Düşənbədəki sammitində ətraflı danışacağam".
KTMT-nin sammiti sentyabrın 15-də keçiriləcək.