Sankt-Peterburqda törədilən terrorun təşkilatçılarından biri günahını etiraf edib - YENİLƏNİB

Sankt-Peterburqda törədilən terrorun təşkilatçılarından biri günahını etiraf edib - YENİLƏNİB "Terror fəaliyyətində iştirak etdiyimi bilməmişəm"
Region
18 Aprel , 2017 17:35
Sankt-Peterburqda törədilən terrorun təşkilatçılarından biri günahını etiraf edib - YENİLƏNİB

Bakı. 18 aprel. REPORT.AZ/ “Mən partlayışda iştirak etdiyimi deməmişəm".

“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bunu aprelin 18-də Sankt-Peterburqda metroda törədilən terrorun təşkilatçılarından biri olmaqda şübhəli bilinən Əbror Əzimov deyib.

“Həbs olunmağıma etiraz etmirəm. Mən partlayışda birbaşa iştirak etməmişəm. Mənə komanda verilib. Terror fəaliyyətində iştirak etdiyimi bilməmişəm”, - Ə.Əzimov məhkəmədə bildirib.

Məlumata görə, vəkil detalları dəqiqləşdirməyib.

*** 16:56

Sankt-Peterburqda metroda törədilən terrorun təşkilatçılarından biri Əbror Əzimov günahını etiraf edib.

“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bunu aprelin 18-də Moskvanın Basmann rayon məhkəməsində onun vəkili Armen Zadoyan bildirib. Vəkil detalları dəqiqləşdirməyib. 

Xəbərdə tezliklə şübhəlinin məhkəməsinin keçiriləcəyi bildirilib.  

Xatırladaq ki, bu il aprelin 17-də Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Moskvada 1990-cı ildə Orta Asiyada anadan olan Əbror Axraloviç Əzimovu tutub. O, aprelin 3-də Sankt-Peterburqda metroda törədilən terrorun təşkilatçılarından sayılır. Metrodakı terror nəticəsində 15 nəfər (terrorçu-kamikadze ilə birlikdə) ölüb, 50-dən çox insan yaralanıb.

Son xəbərlər

Orphus sistemi