Sankt-Peterburqda törədilən terrorda 3 ölkənin vətəndaşı xəsarət alıb

Sankt-Peterburqda törədilən terrorda 3 ölkənin vətəndaşı xəsarət alıb Metroda törədilən partlayış nəticəsində Rusiyanın 17 bölgəsinin sakini yaralanıb
Region
4 Aprel , 2017 13:35
Sankt-Peterburqda törədilən terrorda 3 ölkənin vətəndaşı xəsarət alıb

Bakı. 4 aprel. REPORT.AZ/ Sankt-Peterburqda metroda törədilən terror aktı nəticəsində Rusiyanın 17 bölgəsinin sakini və 3 xarici ölkənin vətəndaşı xəsarət alıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Sankt-Peterburqun qubernatoru Georgi Poltavçenko bildirib.

Onun sözlərinə görə, partlayış nəticəsində xəsarət alanlar arasında Özbəkistan, Belarus və Tacikstanın vətəndaşları var.

Qeyd edək ki, aprelin 3-də Sankt-Peterburqda metroda törədilən terror aktı nəticəsində 14 nəfər ölüb, 51 nəfər yaralanıb

Son xəbərlər

Orphus sistemi