Sankt-Peterburqda MDB-nin qeyri-rəsmi sammiti başlayıb

Sankt-Peterburqda MDB-nin qeyri-rəsmi sammiti başlayıb Rusiyanın Sankt-Peterburq şəhərində Müstəqil Dövlətlər Birliyinin (MDB) qeyri-rəsmi sammiti işinə başlayıb.
Region
20 Dekabr , 2019 18:00
Sankt-Peterburqda MDB-nin qeyri-rəsmi sammiti başlayıb

Rusiyanın Sankt-Peterburq şəhərində Müstəqil Dövlətlər Birliyinin (MDB) qeyri-rəsmi sammiti işinə başlayıb.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, görüşü açılış nitqi ilə Rusiya Prezidenti Vladimir Putin açıb.

O, dövlət başçılarının Böyük Vətən Müharibəsindəki qələbənin 75 illiyinin qeyd olunmasına hazırlıq işləri üzrə birlikdə işləmək qərarına gəldiklərini qeyd edib.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak etmək üçün dekabrın 20-də Sankt-Peterburq şəhərinə səfərə gedib

Son xəbərlər

Orphus sistemi