Salome Zurabişvili: “Gürcüstan, Azərbaycan və Ermənistan yeni əməkdaşlıq fəslinə başlayır”

Salome Zurabişvili: “Gürcüstan, Azərbaycan və Ermənistan yeni əməkdaşlıq fəslinə başlayır” “Qafqazda yeni era başlayır”.
Region
10 Noyabr , 2020 14:43
Salome Zurabişvili: “Gürcüstan, Azərbaycan və Ermənistan yeni əməkdaşlıq fəslinə başlayır”
Salome Zurabişvili

“Qafqazda yeni era başlayır”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstan prezidenti Salome Zurabişvili “Twitter” hesabında yazıb.

Dövlət başçısı faciəvi müharibənin başa çatması münasibətilə Azərbaycan, Ermənistanı və bütün vasitəçiləri təbrik edib.

S.Zurabişvili həlak olanların ailələrinə başsağlığı verib.

Prezident sülh və sabitliyə alternativin olmadığını qeyd edib: “Biz - Gürcüstan, Azərbaycan və Ermənistan birlikdə yeni əməkdaşlıq fəslinə başlayırıq”.

Son xəbərlər

Orphus sistemi