Yunan hərbçilər miqrantların qayığını batırmaq istədi - VİDEO

Yunan hərbçilər miqrantların qayığını batırmaq istədi - VİDEO Yunanıstan Sahil Mühafizə Xidmətinin əməkdaşları Qərbə getmək istəyən miqrantların gəmisini batırmağa cəhd edib.
Region
2 mart 2020 15:45
Yunan hərbçilər miqrantların qayığını batırmaq istədi - VİDEO

Yunanıstan Sahil Mühafizə Xidmətinin əməkdaşları Qərbə getmək istəyən miqrantların gəmisini batırmağa cəhd edib.

“Report” TRT-yə istinadən xəbər verir ki, hadisə Türkiyənin Yunanıstanla su sərhədində - Bodrum rayonunun yaxınlığında baş verib.

Hərbçilər qayığa qarşı təhlükəli manevrlər edib, atəş açıb və uzun zopa ilə onu batırmağa çalışıblar.

Qaçqınları faciədən Türkiyə Sahil Mühafizə Xidmətinin əməkdaşları qurtarıblar.

Son xəbərlər

Orphus sistemi