Sahibə Qafarova: “Azərbaycan və Gürcüstan hər zaman bir-birini dəstəkləyib”

Sahibə Qafarova: “Azərbaycan və Gürcüstan hər zaman bir-birini dəstəkləyib” Parlament sədri Azərbaycan və Gürcüstanın strateji tərəfdaş və müttəfiq olduğunu qeyd edib
Region
113
5 May , 2021 18:36
Sahibə Qafarova: “Azərbaycan və Gürcüstan hər zaman bir-birini dəstəkləyib”
Sahibə Qafarova

Azərbaycanda rəsmi səfərdə olan Gürcüstanın baş naziri İrakli Qaribaşvili Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşüb.

“Report”un yerli bürosu xəbər verir ki, görüşdə Gürcüstan-Azərbaycan tərəfdaşlığı və regional layihələrin əhəmiyyəti müzakirə olunub.

S.Qafarova Azərbaycan və Gürcüstanın yalnız qonşu deyil, dost ölkələr olduğunu bildirib: “Bizim uzunəsrlik dostluğumuz var və ölkələrimiz bir-birini hər zaman dəstəkləyib”.

Parlament sədri Azərbaycan və Gürcüstanın strateji tərəfdaş və müttəfiq olduğunu qeyd edib.

Onun sözlərinə görə, Azərbaycanda yaşayan gürcülər və Gürcüstanda yaşayan azərbaycanlılar hər iki ölkə cəmiyyətinin tərkib hissəsidir.

S.Qafarova hər iki ölkənin Avropanın enerji və nəqliyyat təhlükəsizliyində vacib rol oynadığını bildirib: “Parlamentlər iki ölkə arasındakı əlaqələrdə önəmli rol oynayır, Gürcüstan və Azərbaycan parlamentləri arasındakı uğurlu əməkdaşlıq məmnunluq doğurur”.

Son xəbərlər

Orphus sistemi