Sabah Yerevandakı mitinqə respondentlərin 90 faizi qatılmayacağını bildirib

Sabah Yerevandakı mitinqə respondentlərin 90 faizi qatılmayacağını bildirib Sorğu fevralın 15-17-də bütün Ermənistan ərazisində keçirilib
Region
19 Fevral , 2021 15:44
Sabah Yerevandakı mitinqə respondentlərin 90 faizi qatılmayacağını bildirib

Ermənistanda rəyi sorşulan vətəndaşların 89,1 faizi fevralın 20-də Yerevanın Azadlıq meydanında keçiriləcək mitinqdə iştirak etməyəcəklərini bildiriblər.

“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bu barədə “GALLUP International Association”ın Ermənistandakı nümayəndəliyinin rəhbəri Aram Navasardyan məsələ ilə bağlı rəy sorğusunun nəticələrindən danışarkən bildirib.

Qeyd edək ki, 17 müxalifət partiyasının yaratdığı “Vətənin müdafiəsi uğrunda hərəkat” fevralın 20-də Nikol Paşinyanın istefası və növbədənkənar parlament seçkilərinin perspektivdə keçirilməsi tələbi ilə mitinq keçirməyi planlaşdırır.

Rəy sorğusu fevralın 15-17-də bütün Ermənistan ərazisində 801 nəfər arasında keçirilib.

Son xəbərlər

Orphus sistemi