Sabah İƏT İcraiyyə Komitəsinin fövqəladə iclası keçiriləcək

Sabah İƏT İcraiyyə Komitəsinin fövqəladə iclası keçiriləcək Sabah İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İcraiyyə Komitəsinin xarici işlər nazirləri səviyyəsində fövqəladə iclası keçiriləcək.
Region
167
21 Aprel , 2020 13:16
Sabah İƏT İcraiyyə Komitəsinin fövqəladə iclası keçiriləcək

Sabah İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İcraiyyə Komitəsinin xarici işlər nazirləri səviyyəsində fövqəladə iclası keçiriləcək.  

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, toplantı videobağlantı formatında Türkiyə tərəfinin istəyi ilə baş tutacaq. 

“İclasda yeni növ koronavirus pandemiyası ilə mübarizə kontekstində İƏT üzvü ölkələr arasında əməkdaşlıq və qarşılıqlı əlaqənin gücləndirilməsi ilə bu çərçivədə atıla biləcək ortaq addımların müzakirə edilməsi gözlənilir”, - məlumatda vurğulanıb.

Son xəbərlər

Orphus sistemi