Sabah Gürcüstanın baş naziri Ermənistana səfər edəcək

Sabah Gürcüstanın baş naziri Ermənistana səfər edəcək Onun Yerevanda qondarma “erməni soyqırımı” abidəsini ziyarət edəcəyi də bildirilir
Region
1 Mart , 2018 18:33
Sabah Gürcüstanın baş naziri Ermənistana səfər edəcək

Tbilisi. 1 mart. REPORT.AZ/ Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili martın 2-də Ermənistana səfər edəcək.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, onun səfər çərçivəsində Ermənistan prezidenti və baş naziri ilə təkbətək və geniş tərkibli görüşləri nəzərdə tutulub.

G.Kvirikaşvilinin Yerevanda qondarma “erməni soyqırımı” abidəsini ziyarət edəcəyi də bildirilir.

Qeyd edək ki, Gürcüstan prezidenti Giorgi Marqvelaşvili fevralın 26-da Marneulidə azərbaycanlı gənclərlə görüşdə Xocalı soyqırımı qurbanlarının xatirəsini birdəqiqəlik sükutla yad olunması təklifini qəbul etməmişdi. 

Son xəbərlər

Orphus sistemi