VMHP Marneuli-Qardabani üzrə namizədi ilə bağlı qərar verib

VMHP Marneuli-Qardabani üzrə namizədi ilə bağlı qərar verib Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin lideri olduğu Vahid Milli Hərəkat Partiyası (VMHP) Azər Süleymanovu deputatlığa namizəd irəli sürəcək.
Region
3 Avqust , 2020 14:52
VMHP Marneuli-Qardabani üzrə namizədi ilə bağlı qərar verib

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin lideri olduğu Vahid Milli Hərəkat Partiyası (VMHP) Azər Süleymanovu deputatlığa namizəd irəli sürəcək.

“Report”un yerli bürosu xəbər verir ki, o, Marneuli-Qardabani dairəsi üzrə majoritar deputatlıq uğrunda mübarizə aparacaq.

A.Süleymanov “Marneuli” radiosuna partiyada namizədliyinin yekdilliklə dəstəkləndiyini bildirib.

VMHP yaxın günlərdə namizədlərini rəsmi şəkildə ictimaiyyətə təqdim edəcək.

Qeyd edək ki, A.Süleymanov 1999-cu ildən Gürcüstan parlamentində təmsil olunur.

Son xəbərlər

Orphus sistemi