Saakaşvilinin Gürcüstana getməsi ilə bağlı daha bir nəfər saxlanılıb

Saakaşvilinin Gürcüstana getməsi ilə bağlı daha bir nəfər saxlanılıb Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilin ölkə sərhədini qanunsuz keçməsi ilə bağlı aparılan istintaq çərçivəsində daha bir nəfər saxlanılıb.
Region
20 Oktyabr , 2021 13:16
Saakaşvilinin Gürcüstana getməsi ilə bağlı daha bir nəfər saxlanılıb

Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilin ölkə sərhədini qanunsuz keçməsi ilə bağlı aparılan istintaq çərçivəsində daha bir nəfər saxlanılıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildirilib.

1989-cu il təvəllüdlü şəxs ağır cinayətin gizlədilməsində ittiham olunur. Bu cinayətə görə 4 illik həbs cəzası nəzərdə tutulub.

Qeyd edək ki, sabiq dövlət başçısı Tbilisidə oktyabrın 1-də saxlanılıb. Onun Gürcüstana qanunsuz yollarla daxil olması ilə bağlı indiyədək 3 nəfər saxlanılıb.

Son xəbərlər

Orphus sistemi