Saakaşvili ilin sonunadək Gürcüstanda hakimiyyətə qayıtmaq istədiyini bildirib

Saakaşvili ilin sonunadək Gürcüstanda hakimiyyətə qayıtmaq istədiyini bildirib Bakı. 5 mart. REPORT.AZ/ Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili Amsterdamdan Vahid Milli Hərəkat (VMH) Partiyasından olan silahdaşlarına səslənərək onları oktyabr ayında keçiriləcək prezident seçkilərində müxalifət adından vahid namizəd irəli sürülməsi ilə bağlı digər partiyalarla danışıqlara başlamağa çağırıb.
Region
5 Mart , 2018 11:44
Saakaşvili ilin sonunadək Gürcüstanda hakimiyyətə qayıtmaq istədiyini bildirib
Mixeil Saakaşvili

Bakı. 5 mart. REPORT.AZ/ Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili Amsterdamdan "Vahid Milli Hərəkat" (VMH) Partiyasından olan silahdaşlarına səslənərək onları oktyabr ayında keçiriləcək prezident seçkilərində müxalifət adından vahid namizəd irəli sürülməsi ilə bağlı digər partiyalarla danışıqlara başlamağa çağırıb.

"Report" xəbər verir ki, bu barədə "İnterfaks" Gürcüstan KİV-inə istinadən xəbər verir.

"Biz artıq 2018-ci ildə hakimiyyətə qayıtmalıyıq. Bunu nece edəcəyik? Prezident seçkilərini qazanmaq və bununla İvanişvilinin (Bidzina İvanişvili, keçmiş baş nazir, milyarder - red.) hakimiyyətinə son qoymalıyıq, onun feodal sarayını məhv etməliyik", - M.Saakaşvili VHM üzvlərinə videomüraciətində deyib.

Son xəbərlər

Orphus sistemi