Saakaşvili: "Dağlıq Qarabağ münaqişəsinin qızışması Putinin təxribatıdır"

Saakaşvili: "Dağlıq Qarabağ münaqişəsinin qızışması Putinin təxribatıdır" "Rusiya həm də Azərbaycanın neft və qaz kəmərləri keçən ərazilərinə soxulub oraları nəzarət altına almaq üçün bəhanə qazanır"
Region
3 Aprel , 2016 19:27
Saakaşvili: Dağlıq Qarabağ münaqişəsinin qızışması Putinin təxribatıdır

Bakı. 3 aprel. REPORT.AZ/ "Dağlıq Qarabağda münaqişə nə Ermənistana, nə də Azərbaycana sərf edir. Bu, daha çox əvvəlcədən diqqətlə hazırlanmış təxribata bənzəyir". "Report" xəbər verir ki, bunu Odessa vilayətinin qubernatoru, Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili bildirib.

"Bir neçə gün əvvəl baş verənlər Putinin Azərbaycan və Türkiyəyə qarşı təxribatına bənzəyir. Bu, eyni zamanda Ermənistanın özünə də zərər vurur. Özü də rəsmi Moskva hadisələrin bu cür inkişafına çoxdan hazırlaşırdı", - deyə M.Saakaşvili "Facebook" səhifəsində yazıb.

O, Rusiyanın münaqişənin alovlanmasıyla nail olmaq istədiyi strateji məqsədləri açıqlayıb. Sabiq prezidentin sözlərinə görə,

Gürcüstanın sabiq prezidentinin sözlərinə görə, Rusiya həm də Azərbaycanın neft və qaz kəmərləri keçən ərazilərinə soxulub oraları nəzarət altına almaq üçün bəhanə qazanır.

M.Saakaşvili bütün regional münaqişələrin həll üçün Vladimir Putinin zəifləmiş olacağı anı gözləmək lazım gəldiyini vurğulayıb.

"Bu vəziyyətdə bütün liderlər son dərəcə ehtiyatlı və mümkün qədər təmkinli olmalıdır. Amma belə vəziyyətdə bunun olduqca çətin olduğunu da bilirəm", - deyə Odessa vilayət qubernatoru fikrini tamamlayıb.

Son xəbərlər

Orphus sistemi