Rusiya ölkəyə girişi məhdudlaşdırılan ABŞ vətəndaşlarının siyahısını genişləndirəcək

Rusiya ölkəyə girişi məhdudlaşdırılan ABŞ vətəndaşlarının siyahısını genişləndirəcək Vaşinqtonun Rusiyanın İstintaq Komitəsinin iki əməkdaşına qarşı sanksiya tətbiq etməsindən sonra Moskva Rusiyaya girişinə məhdudiyyət qoyulan ABŞ vətəndaşlarının siyahısını genişləndirəcək.
Region
11 Sentyabr , 2019 11:21
Rusiya ölkəyə girişi məhdudlaşdırılan ABŞ vətəndaşlarının siyahısını genişləndirəcək

Vaşinqtonun Rusiyanın İstintaq Komitəsinin iki əməkdaşına qarşı sanksiya tətbiq etməsindən sonra Moskva Rusiyaya girişinə məhdudiyyət qoyulan ABŞ vətəndaşlarının siyahısını genişləndirəcək.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov bildirib.

"Əlbəttə, biz də müvafiq qaydada ABŞ vətəndaşlarının ölkəmizə girişi üzrə məhdudiyyət siyahımızı genişləndirəcəyik. Bunu açıq-aydın bəyan edirik", - S.Ryabkov deyib.

Onun sözlərinə görə, ABŞ bu kimi siyahıların genişləndirilməsi üzrə "qüsurlu təcrübədən" imtina etdikdən sonra Rusiya da qarşılıqlı prinsiplərə əsaslanaraq bunu edəcək.

Son xəbərlər

Orphus sistemi