Rusiyanın Su-25 təyyarəsi Ulraynanın paytaxtı Kiyevin ətrafındakı ərazini bombalayarkən məhv edilib.
Bu barədə “Report” UNİAN-a istinadən xəbər verir.
Qeyd edilir ki, vurulan təyyarənin fotosu internetdə yerləşdirilib.
"Düşmənin İrpeni bombalayan Su-25 təyyarəsi məhv edilib", - müxbir Andrey Tsaplienko bildirib.
Xatırladaq ki, Ukrayna müdafiəçiləri Kiyev yaxınlığında Rusiya hərbçilərinin hücumlarını dəf edirlər. Şiddətli döyüşlər bir neçə gündür davam edir, lakin Rusiya qoşunlarının paytaxta girmək cəhdləri uğursuz olur.
Qeyd edək ki, fevralın 24-də Rusiya Ukraynaya qarşı müharibəyə başlayıb. Həbri əməliyyatların gedişində hər iki tərəfdən xeyli sayda hərbçi həlak olub və ya yaralanıb. Müharibə xüsusən Ukraynaya fəlakətlər bəxş edib. Bu ölkənin xeyli sayda dinc sakini həlak olub və yaralanıb, habelə şəhərlərin infrastrukturuna ciddi ziyan dəyib.