Ermənistanda ​Rusiya zabitləri tutulub

Ermənistanda ​Rusiya zabitləri tutulub Ermənistan Hərbi Prokurorluğu: "Hazırda onlar haupvaxtda saxlanılırlar"
Region
151
19 Yanvar , 2015 13:46
Ermənistanda ​Rusiya zabitləri tutulub

Bakı. 19 yanvar. REPORT.AZ/ Gümrüdə Rusiya hərbçiləri ilə sakinlər arasında qarşıdurma olub.

"Report" "1in.am"a istinadən xəbər verir ki, hadisə Şirakın baş yeparxiyası iqamətgahının bir neçə addımlığında baş verib.

Hadisə şahidləri bildirib ki, hərbçilər sərxoş olub: "Onlar mədəni adam olsaydılar, on gün evdən çıxmaz, dəyərlərə hörmət edərdilər. Hərbçilər əvvəl bir-biri ilə dalaşdı. Sonra adamlar gəlib, onları ayırmaq istəyəndə gümrülülərlə mübahisəyə başladılar. Bundan sonra polis gəlib onları apardı".

Polis qarşıdurmanın olduğunu təkzib edib.

Ermənistan Hərbi Prokurorluğu isə bildirib ki, hadisənin işitirakçıları Rusiyanın yüksək rütbəli zabitləridir: "Hazırda onlar haupvaxtda saxlanılırlar".

Son xəbərlər

Orphus sistemi