Rusiyanın Yerevandakı səfirliyinin qarşısında aksiya keçirilib

Rusiyanın Yerevandakı səfirliyinin qarşısında aksiya keçirilib Onların məqsədi səfir Sergey Kopırkinə məktub vermək olub
Region
10 Fevral , 2021 16:20
Rusiyanın Yerevandakı səfirliyinin qarşısında aksiya keçirilib

Oğulları və yaxınları itkin düşənlərin qohumları Rusiyanın Yerevandakı səfirliyinin binası qarşısında səfir Sergey Kopırkinə məktub vermək məqsədilə aksiya keçiriblər.

“Report” xəbər verir ki, məlumatı “Sputnik Armeniya” yayıb.

Bildirilib ki, binanın qarşısına Eçmiədzində yerləşən kimyəvi silahlardan müdafiə tağımının 40 hərbçisinin qohumları toplaşıb. Məlumata görə, 44 günlük döyüşlər zamanı Ermənistan hakimiyyəti onları işğal altında saxladığı Azərbaycanın Zəngilan rayonu ərazisinə yerləşdirib. Həmin hərbçilərdən hələ də xəbər yoxdur.

Valideynləri və qohumları iddia edirlər ki, övladları sağdır və əsir düşüblər.

Son xəbərlər

Orphus sistemi