Rusiyanın ticarət mərkəzlərindən birində terror hücumunun qarşısı alınıb

Rusiyanın ticarət mərkəzlərindən birində terror hücumunun qarşısı alınıb Bortnikov: Rusiya FTX 12 terror yuvasının fəaliyyətini dayandırıb
Region
10 Aprel , 2018 12:12
Rusiyanın ticarət mərkəzlərindən birində terror hücumunun qarşısı alınıb

Bakı. 10 aprel. REPORT.AZ/ Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları Saratovdakı ticarət mərkəzlərindən birində terror hücumunun qarşısını alıblar.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə FTX-nın direktoru Aleksandr Bortnikov bildirib.

Onun sözlərinə görə, Rusiyanın FTX ilin əvvəlindən bəri hazırlıq mərhələsində olan altı terror aktının, o cümlədən seçki məntəqələrində və ticarət mərkəzində planlaşdırılan aktın qarşısını alıb.

"Martda Saratov vilayətində İŞİD terror qruplaşmasının yuvasının üzvləri ticarət mərkəzlərindən birində terror aktı törətməyi planlaşdıran zaman məhv edilib. Onların üzərindən silah, təxminən, 3 kq trotil ekvivalentdə əldəqayırma partlayıcı qurğu aşkar edilib", - A.Bortnikov deyib.

O qeyd edib ki, son dövrlərdə FTX 12 terror yuvasının fəaliyyətini dayandırıb, 188 nəfər saxlanılıb və 12 nəfər neytrallaşdırılıb.

Son xəbərlər

Orphus sistemi