AŞPA Rusiyanın tanınmış publisistini "Vatslav Qavel" mükafatı ilə təltif edib

AŞPA Rusiyanın tanınmış publisistini "Vatslav Qavel" mükafatı ilə təltif edib Avropa Şurası Parlament Assambleyası (AŞ PA) Rusiyanın tanınmış publisisti Vladimir Kara-Murzanı Vatslav Qavel adına mükafata layiq görüb.
Region
10 oktyabr 2022 12:22
AŞPA Rusiyanın tanınmış publisistini Vatslav Qavel mükafatı ilə təltif edib

Avropa Şurası Parlament Assambleyası (AŞ PA) Rusiyanın tanınmış publisisti Vladimir Kara-Murzanı Vatslav Qavel adına mükafata layiq görüb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə AŞPA-nın payız sessiyasının açılışında assambleyanın sədri Tini Koks bildirib.

Məlumata görə, tədbirdə onun diplomu xanımı Yevgeniya Kara-Murzaya təqdim olunub.

Qeyd edək ki, Rusiyanın müxalif siyasətçisi, telejurnalist, publisist, rejissor Vladimir Kara-Murza 1981-ci il sentyabrın 7-də Moskvada anadan olub. O, “Boris Nemtsova azadlıq fondu”nun keçmiş sədridir. 2015-2016-cı illərdə Xalq Azadlıq Partiyası sədrinin müavini olub.

Kara-Murza Rusiya Silahlı Qüvvələrinin Ukraynada fəaliyyəti ilə bağlı “yalan informasiya yaymaqda” ittiham olunaraq həbs edilib. İstintaqa görə, o, ABŞ-ın Arizona ştatında Rusiya ordusunu Ukraynada qadağan olunmuş vəsitələrdən istifadə etməkdə ittiham edib.

Son xəbərlər

Orphus sistemi