Rusiyanın taksi-xidməti şirkəti Ermənistan vətəndaşlarını işdən çıxarıb

Rusiyanın taksi-xidməti şirkəti Ermənistan vətəndaşlarını işdən çıxarıb Ermənistanın verdiyi sürücülük vəsiqəsi peşəkar fəaliyyət göstərmək üçün Rusiya tərəfindən tanınmır
Region
13 aprel 2018 12:56
Rusiyanın taksi-xidməti şirkəti Ermənistan vətəndaşlarını işdən çıxarıb

Bakı. 13 aprel. REPORT.AZ/ “Rusiyanın “Yandex” taksi-xidməti Ermənistan vətəndaşı olan sürücülərlə işləməkdən imtina edir”.

“Report” xəbər verir ki, bu barədə Ermənistanda çıxan “Jamanak” qəzeti məlumat yayıb.

“Yandex” bildirib ki, onların sürücülük vəsiqəsi 4 dövlətdən birinə - Rusiya, Belarus, Qırğız Respublikası və Qazaxıstana məxsus olmalıdır. Nəticədə minə yaxın erməni əsilli sürücü taksi sürücülüyündən məhrum olaraq işsiz qalıb”, - qəzet yazıb.

Mütəxəssislər qeyd ediblər ki, Ermənistanın verdiyi sürücülük vəsiqəsi peşəkar fəaliyyət göstərmək üçün Rusiya tərəfindən tanınmır.

Son xəbərlər

Orphus sistemi