Rusiyanın Suriyadakı səfirliyi artilleriya atəşinə məruz qalıb

Rusiyanın Suriyadakı səfirliyi artilleriya atəşinə məruz qalıb Atəş nəticəsində səfirliyin binası zərər çəkib
Region
5 Fevral , 2015 22:20
Rusiyanın Suriyadakı səfirliyi artilleriya atəşinə məruz qalıb

Bakı. 5 fevral. REPORT.AZ/ Suriyanın paytaxtı Dəməşqin artilleriya atəşinə tutulması zamanı mərmilərdən biri Rusiya səfirliyinin Konsulluq şöbəsinin binasına düşüb.

"Report" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsi Aleksandr Lukaşeviçə istinadən TASS məlumat yayıb.

Lukaşeviç bildirib ki, minanın partlaması nəticəsində səfirlikdən xəsarət alan olmayıb.

"Maddi ziyan dəyib. Xoşbəxtlikdən Rusiya vətəndaşları arasında zərərçəkən yoxdur", - deyə XİN rəsmisi bildirib.

Qeyd edək ki, bu gün Dəməşq üsyançılar tərəfindən kütləvi surətdə atəşə tutulub.

Son xəbərlər

Orphus sistemi