Rusiyanın Sudandakı səfiri ölü tapılıb

Rusiyanın Sudandakı səfiri ölü tapılıb Onun meyiti öz iqamətgahında aşkar edilib
Region
23 Avqust , 2017 23:57
Rusiyanın Sudandakı səfiri ölü tapılıb

Bakı. 23 avqust. REPORT.AZ/ Rusiyanın Sudandakı səfiri ölkə paytaxtı Xartumda yerləşən iqamətgahında ölü tapılıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkə hökumətinə istinadən "Frans Press" məlumat yayıb.

Rusiyanın Xarici İşlər Nazirliyi məlumatı təsdiq edib. Hadisənin təfərrüatları hələ ki, məlum deyil.

2013-ci ildən Rusiyanın Sudandakı diplomatik missiyasına Mirqayas Şirinski başçılıq edir.

Son xəbərlər

Orphus sistemi