Bakı.13 yanvar. REPORT.AZ/ Rusiyanın Sevastopoldakı hərbi bazasındakı elektrik şəbəkəsində böyük qəza baş verib.
"Report" TASS-a istinadən xəbər verir ki, bu haqda Rusiya Müdafiə Nazirliyi "102 Elektrik şəbəkəsi müəssisələri"nin baş direktoru Alkesandr Yakovets bildirib.
Məlumata görə, gecə saat 2 radələrində Kazaçey buxtasında ciddi qəza qeydə alınıb. Kazaçeydə işıqlar sönüb.
Yerli vaxtla səhər saatlarında elektrik enerjisinin verilişi bərpa edilib. Hadisənin başvermə səbəbləri araşdırılır.