Rusiyanın regionlarında qrip epidemiyası elan olunub

Rusiyanın regionlarında qrip epidemiyası elan olunub "Rospotrebnadzor": Qrip və KRVİ ilə xəstələnmə halları daha çox məktəb yaşlı uşaqlar arasında yayılıb
Region
15 Dekabr , 2016 11:56
Rusiyanın regionlarında qrip epidemiyası elan olunub

Bakı. 15 dekabr. REPORT.AZ/ Rusiyanın bəzi regionlarında qrip epidemiyası elan olunub.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Rospotrebnadzor"un (İstehlakçıların hüquqlarının müdafiəsi və insan rifahı sahəsində nəzarət üzrə federal xidmət - red.) rəhbəri Anna Popova bildirib.

"20 subyektdə həftəlik epidemiya həddinin aşılması müşahidə olunur. Üstəlik, 10 mərkəzi şəhərin subyektlərində belə vəziyyət var", - o qeyd edib.

"Rospotrebnadzor"un rəhbərinin sözlərinə görə, qrip və kəskin respirator-virus infeksiyaları (KRVİ) ilə xəstələnmə halları daha çox məktəb yaşlı uşaqlar arasında yayılıb.

Son xəbərlər

Orphus sistemi