Rusiyanın nəqliyyat təyyarəsi Suriyada qəzaya uğrayıb, 32 nəfər ölüb

Rusiyanın nəqliyyat təyyarəsi Suriyada qəzaya uğrayıb, 32 nəfər ölüb Hadisəni araşdırmaq üçün xüsusi komissiya yaradılıb
Region
6 Mart , 2018 17:55
Rusiyanın nəqliyyat təyyarəsi Suriyada qəzaya uğrayıb, 32 nəfər ölüb

Bakı. 6 mart. REPORT.AZ/ Rusiyanın "An-26" nəqliyyat təyyarəsi Suriyanın Hmeymim aviabazasına eniş edərkən qəzaya uğrayıb, 26 sərnişin və 6 ekipaj üzvü ölüb.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyindən məlumat verilib.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, təyyarə vurulmayıb, qəzaya texniki problem səbəb ola bilər.

Hadisəni araşdırmaq üçün xüsusi komissiya yaradılıb.

Son xəbərlər

Orphus sistemi