Rusiyanın XİN başçısı və müdafiə naziri Ermənistandadır

Rusiyanın XİN başçısı və müdafiə naziri Ermənistandadır Putin noyabrın 20-də keçirdiyi müşavirədə Qarabağ sakinlərinə hərtərəfli yardım edəcəklərini bildirib. 
Region
3358
21 Noyabr , 2020 11:06
Rusiyanın XİN başçısı və müdafiə naziri Ermənistandadır
Sergey Şoyqu və Sergey Lavrov

Rusiyanın xarici işlər naziri Sergey Lavrov da Ermənistandadır.

"Report"un xəbərinə görə, bu barədə TASS məlumat yayıb.

10:43

Rusiyanın müdafiə naziri Sergey Şoyqu noyabrın 21-də qurumlararası nümayəndə heyətinin tərkibində Yerevanda səfərdədir.

“Report” xəbər verir ki, məlumatı TASS-a Ermənistan hökumətindən bildiriblər.

Ermənistan hökumətinin mətbuat katibi Mane Gevrokyanın sözlərinə görə, S.Şoyqu artıq Nikol Paşinyanla görüşüb.

Bildirilib ki, Ermənistana Rusiyanın xarici işlər naziri Sergey Lavorov, baş nazirin müavinləri - Aleksandr Novak, Aleksey Overçuk, fövqəladə hallar naziri Yevgeni Ziniçev və Rusiya hökumətinin başqa rəsmilərinin də səfər edəcəyi gözlənilir.

Rusiyanın nümayəndə heyəti Yerevanada Ermənistan hökuməti ilə Azərbaycanın Qarabağ bölgəsinə rusiyalı sülhməramlıların yerləşdirilməsi, Rusiyanın maliyyə, texniki yardımına dair məsələləri müzakirə edəcək.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin noyabrın 20-də keçirdiyi müşavirədə Qarabağ sakinlərinə hərtərəfli yardım edəcəklərini bildirib.

Son xəbərlər

Orphus sistemi