Rusiyanın məşhur bakılı xadimi pensiyasından danışdı

Rusiyanın məşhur bakılı xadimi pensiyasından danışdı Keçmiş SSRİ-nin və Rusiyanın teatr, kino rejissoru, teleaparıcı, aktyor, ictimai-siyasi xadim, eyni zamanda Azərbaycanın Xalq artisti Yuli Qusman təqaüdünün aşağı olmasından danışıb.
Region
8 Fevral , 2020 04:58
Rusiyanın məşhur bakılı xadimi pensiyasından danışdı

Keçmiş SSRİ-nin və Rusiyanın teatr, kino rejissoru, teleaparıcı, aktyor, ictimai-siyasi xadim, eyni zamanda Azərbaycanın Xalq artisti Yuli Qusman təqaüdünün aşağı olmasından danışıb.

“Report” xəbər verir ki, o, “Teleprogramm” portalına müsahibəsində pensiyasının məbləğinin televiziya aparıcısı Yelena Xanqanın təqaüdündən də az olduğunu bildirib.

Rejissorun sözlərinə görə, o dövlətdən alınan ödəmələrin məbləğini müzakirə etməyi sevmir.

"Mənim pensiyam hətta onun (Yelena Xanqa-red) pensiyasından da azdır. Amma mən pensiya mövzusu barədə heç vaxt heç kimlə danışmıram. Mən şikayət etməyi və narahat olmağı sevmirəm. Həmişə alternativ pensiya gəlirləri mənbələrini axtarıram. Dərs deməyi sevirəm. Nə vaxt ki alındı, tamaşa və filmləri səhnələşdirirəm”, - Qusman qeyd edib.

Daha əvvəl Yuli Qusman pensiyasının 23 min rubl olduğunu deyib.

“Report” xatırladır ki, Yuli Qusman 1943-cü ilin avqustunda Bakıda hərbi həkim ailəsində doğulub.  

Son xəbərlər

Orphus sistemi