Rusiyanın Kazan şəhərində məktəbdə baş vermiş atışmada ölənlərin sayı artıb

Rusiyanın Kazan şəhərində məktəbdə baş vermiş atışmada ölənlərin sayı artıb Rusiyanın Tatarıstan Respublikasının Kazan şəhərindəki 175 nömrəli məktəbdə baş vermiş atışmada ölənlərin sayı 11 nəfərə çatıb.
Region
330
12 May , 2021 05:48
Rusiyanın Kazan şəhərində məktəbdə baş vermiş atışmada ölənlərin sayı artıb
0 : 00
0 : 00

Rusiyanın Tatarıstan Respublikasının Kazan şəhərindəki 175 nömrəli məktəbdə baş vermiş atışmada ölənlərin sayı 11 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Məlumata görə, hadisə zamanı 3-cü mərtəbədən atlanan daha 2 şagird xəsarət alıb.

Daha əvvəl atışmada 9 nəfərin öldüyü bildirilirdi. Qeyd edilirdi ki, ölənlərdən çoxu şagirdlərdir.

Hadisə zamanı 21 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb. Məlumata görə, insidenti 2 nəfər törədib. Onlardan birinin saxlanıldığı bildirilir.

Son xəbərlər

Orphus sistemi