Rusiyanın hərbi təyyarəsi Suriyada qəzaya uğrayıb, iki pilot ölüb

Rusiyanın hərbi təyyarəsi Suriyada qəzaya uğrayıb, iki pilot ölüb Hadisə əyalətin Ceble şəhərində qeydə alınıb
Region
3 May , 2018 12:24
Rusiyanın hərbi təyyarəsi Suriyada qəzaya uğrayıb, iki pilot ölüb

Bakı. 3 may. REPORT.AZ/ Rusiyanın Su-30SM hərbi təyyarəsi Suriyanın Lazakiya əyalətində qəzaya uğrayıb. 

“Report” “Hürriyet”ə istinadən xəbər verir ki, hadisə əyalətin Ceble şəhərində qeydə alınıb. 

Təyyarə Aralıq dənizinə düşüb, nəticədə göyərtədəki iki pilot ölüb.

Qəzaya səbəb olaraq mühərrikə quşun düşməsi ehtimal edilir.  

Rusiyanın Müdafiə Nazirliyi xəbəri təsdiqləyib. 

Son xəbərlər

Orphus sistemi