Rusiyanın fövqəladə hallar nazirinin meyiti xüsusi reyslə Moskvaya göndəriləcək

Rusiyanın fövqəladə hallar nazirinin meyiti xüsusi reyslə Moskvaya göndəriləcək Rusiyanın Norilsk şəhərində təlimlər zamanı bədbəxt hadisə nəticəsində həlak olan fövqəladə hallar naziri Yevgeni Ziniçevin meyiti bu gün xüsusi reyslə Moskvaya çatdırılacaq.
Region
8 Sentyabr , 2021 16:43
Rusiyanın fövqəladə hallar nazirinin meyiti xüsusi reyslə Moskvaya göndəriləcək
Yevgeni Ziniçev

Rusiyanın Norilsk şəhərində təlimlər zamanı baş verən bədbəxt hadisə nəticəsində həlak olan ölkənin fövqəladə hallar naziri Yevgeni Ziniçevin meyiti bu gün xüsusi reyslə Moskvaya çatdırılacaq.

“Report” xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Qeyd edək ki, Y.Ziniçev suya düşən tanınmış kinorejissor Aleksandr Melniki xilas etməyə çalışarkən həlak olub. Rusiya Prezidenti Vladimir Putin, hökumət başçısı Mixail Mişustin və Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Y.Ziniçevin yaxınlarına başsağlığı veriblər.

Son xəbərlər

Orphus sistemi