Rusiyanın fövqəladə hallar naziri kinorejissoru xilas etmək istəyərkən həlak olub

Rusiyanın fövqəladə hallar naziri kinorejissoru xilas etmək istəyərkən həlak olub Rusiyanın fövqəladə hallar naziri Yevgeni Ziniçevin ölümü ilə bağlı detallar məlum olub.
Region
278
8 Sentyabr , 2021 15:38
Rusiyanın fövqəladə hallar naziri kinorejissoru xilas etmək istəyərkən həlak olub
Yevgeni Ziniçev

Rusiyanın fövqəladə hallar naziri Yevgeni Ziniçevin ölümü ilə bağlı detallar məlum olub.

“Report” TASS-a istinadən xəbər verir ki, nazir məşhur rusiyalı kinorejissor Aleksandr Melniki xilas etmək istəyərkən faciəvi şəkildə həlak olub.

Belə ki, sənədli film çəkilişləri üçün Norilskə gələn A.Melnikin ayağı sürüşüb və o, suya yıxılıb.

Bu zaman nazir onun həyatını xilas etmək üçün suya atılıb, lakin daşa çarpılıb.

Nəticədə həm Y.Ziniçev, həm də rejissor A.Melnik həlak olublar.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Y.Ziniçevin yaxınlarına başsağlığı verib.

Son xəbərlər

Orphus sistemi