Rusiyanın Federasiya Şurası Ermənistanla qoşunların qruplaşdırılmasına dair sazişi ratifikasiya edib

Rusiyanın Federasiya Şurası Ermənistanla qoşunların qruplaşdırılmasına dair sazişi ratifikasiya edib "Qruplaşma Qafqaz regionunda kollektiv təhlükəsizliyə dair hərbi təhlükəsizliyin təmin edilməsi məqsədini daşıyır"
Region
19 İyul , 2017 14:38
Rusiyanın Federasiya Şurası Ermənistanla qoşunların qruplaşdırılmasına dair sazişi ratifikasiya edib

Bakı. 19 iyul. REPORT.AZ/ Rusiyanın Federasiya Şurası Ermənistanla qoşunların birgə qruplaşmasına dair sazişi ratifikasiya edib.

Bu barədə "Report" "İnterfaks"a istinadən xəbər verir.

"Birgə qruplaşma Qafqaz regionunda kollektiv təhlükəsizliyə dair hərbi təhlükəsizliyin təmin edilməsi məqsədini daşıyır", - sənədə əlavə olunan izahlı materiallarda deyilir.

Qruplaşmanın tərkibinə müharibə zamanı və ya mümkün təcavüzü dəf etmək üçün tərəflərin idarəetmə orqanları və silahlı qüvvələrin qoşunları daxil ediləcək. 

Son xəbərlər

Orphus sistemi