Rusiyanın Federal Xidməti "Azadlıq radiosu"nu cərimələyib

Rusiyanın Federal Xidməti "Azadlıq radiosu"nu cərimələyib radiostansiya xarici agent markası olmadığı üçün cəzalandırılıb
Region
10 Fevral , 2021 13:01
Rusiyanın Federal Xidməti Azadlıq radiosunu cərimələyib

Rusiyanın Rabitə, informasiya texnologiyaları və kütləvi kommunikasiya sahələrinə nəzarət üzrə Federal Xidməti “Azad Avropa radiosu/Azadlıq radiosu”nun rus dil redaksiyası (“Радио Свободная Европа/Радио Свобода”) və baş direktoru 11 mln. rubl (148 940 ABŞ dolları) məbləğində cərimələyib.

“Report” TASS-a istinadən xəbər verir ki, məlumatı Federal Xidmət yayıb.

Bildirilib ki, radiostansiya xarici agent markası olmadığı üçün cəzalandırılıb.

Son xəbərlər

Orphus sistemi