Bakı. 22 iyun. REPORT.AZ/ Rusiyanın Ermənistandakı səfirliyinə radio açmağa icazə verilib.
"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin İctimai Xidmətin Tənzimlənməsi Komissiyasının təmsilçisi bildirib.
İnfromasiyaya əsasən, səfirlik radionun 2016-cı ilin oktyabrın 1-dən etibarən yayıma başlayacağı haqqında öhdəlik götürüb. Məlumatda bildirilib ki, radionun ötürücü qurğusu Moskvanın Yerevandakı səfirliyini ərazisində yerləşdiriləcək.
Radio bir il fəaliyyət göstərəcək.