Bakı. 16 noyabr. REPORT.AZ/ Gümrüdə Rusiya hərbi bazasının iki hərbçisi itkin düşüb.
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, hərbi hissənin nümayəndələri iki gündür onların axtarışı ilə məşğuldurlar.
Məlumata görə, itkin düşənlər muzdlu hərbçilərdir.
Qeyd edək ki, 2017-ci ilin aprelində də bu hərbi hissədən hərbçilər itkin düşmüşdü.
*** 16:24
Bakı. 16 noyabr. REPORT.AZ/ Rusiyanın Ermənistandakı 102 saylı hərbi bazasının hərbçisi itkin düşüb.
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, Rusiyanın Gümrüdəki hərbi hissəsinin hərbçiləri əllərində əsgərin fotosu ilə məhəllələri gəzərək sakinlərə onun şəklini göstərirlər.