Bakı. 2 oktyabr. REPORT.AZ/ Rusiyanın Cənub Hərbi Dairəsinin (CHD) əsas qüvvələri 8 ümumqoşun poliqonunda, o cümlədən Ermənistan, Abxaziya və Cənubi Osetiyada keçirilən genişmiqyaslı ikitərəfli komanda-qərargah təlimlərinə (KGT) cəlb edilib.
Bu barədə "Report" "Kommersant"a istinadən xəbər verir.
CHD-nin məlumatında bu bənzərsiz təlimlərdə müasir hərbi əməliyyatların bütün yeni, o cümlədən Suriyada əldə olunmuş forma və usullarının tətbiq olunacağı bildirilir.
CHD qoşunlarının komandanı, general-polkovnik Aleksandr Dvornikov bu KGT-nin son 30 ildə dairənin ən genişmiqyaslı təlimləri olacağını söyləyib.