2015-ci ilin noyabr ayında qəbul olunmuş qanuna əsasən, əmək miqrantları üçün kvotalar patentlə əvəz olunacaq. Onlar yalnız o şəxslərə veriləcək ki, həmin adamlar miqrasiya kartında Rusiyaya gəlişi səbəbini işə düzəlmə kimi qeyd etmiş olsunlar. Bu şəxslər bir aylıq patent əldə edə biləcəklər, sonra isə onu bir ilə kimi uzatmaq da mümkün olacaq. Həmin sənədi ölkəyə daxil olduqdan 30 gün müddətində əldə etmək lazımdır. Əks halda həmin şəxsə bu sənəd verilməyəcək.
Rusiyanın baş naziri 2015-ci ildə əmək miqrantları üçün kvotaları müəyyənləşdirib
Region
23 Dekabr , 2014
12:45
![Rusiyanın baş naziri 2015-ci ildə əmək miqrantları üçün kvotaları müəyyənləşdirib Rusiyanın baş naziri 2015-ci ildə əmək miqrantları üçün kvotaları müəyyənləşdirib](https://static.report.az/photo/7eb4b92a-3920-4b76-9227-35852b1481ed_850.jpg)
![](https://report.az/images/views.png?id=773035&lang=az&x=1736713242.3913)
Bakı. 23 dekabr. REPORT.AZ/ "Report" Rusiya nazirlər kabinetinə istinadən xəbər verir ki, bu ölkənin baş naziri Dmitri Medvedyev 2015-ci ildə Rusiya iqtisadiyyatının müxtəlif sahələrinə xarici vətəndaşların cəlb olunması ilə bağlı Sərəncam imzalayıb. Qeyd olunur ki, federal subyektlərdən daxil olmuş təkliflər əsasında, 2015-ci ildə bu sahədəki vizaların sayı 212197 təşkil edəcək. 30% rezerv də nəzərə alınmaqla, onların sayının 275,8 min nəfərə çatacağı haqqında xəbər verilir. Bununla əlaqədar, bu qanuna cari ilin noyabr ayında edilmiş düzəlişlərə görə, 2015-ci ilin yanvarın 1-dən əmək miqrantlarına icazələr yalnız ölkəyə viza ilə daxil olan şəxslərə veriləcək.
İngilis versiyası
Russian Prime Minister has approved quotas for migrant workers in 2015
Son xəbərlər
![Orphus sistemi](/public/images/orphus.gif)