​Rusiyanın 50 hərbi gəmisi Xəzərə çıxmağa hazırlaşır

​Rusiyanın 50 hərbi gəmisi Xəzərə çıxmağa hazırlaşır Tipindən və təyinatından asılı olaraq, hər gəmi dənizdə 8-20 sutka qalacaq
Region
29 fevral 2016 09:56
​Rusiyanın 50 hərbi gəmisi Xəzərə çıxmağa hazırlaşır

Bakı. 29 fevral. REPORT.AZ/ Rusiya Xəzər Hərbi Dəniz Donanmasının 50-dən artıq gəmisi təlimə başlamaq üçün dənizə çıxmağa hazırlaşır.

"Report" TASS-a istinadən xəbər verir ki, bu haqda Rusiya Cənub Hərbi Dairəsi mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, təlim iki ay (mart və aprel aylarında) davam edəcək. Tipindən və təyinatından asılı olaraq, hər gəmi dənizdə 8-20 sutka qalacaq. Təlim zamanı hərbçilər döyüş hazırlığı, silahlardan istifadə ilə bağlı müxtəlif tapşırıqları yerinə yetirəcək. 

Son xəbərlər

Orphus sistemi