​Rusiyanın 4 general və admiralı korrupsiyada ittiham olunur

​Rusiyanın 4 general və admiralı korrupsiyada ittiham olunur Son 5 ildə 22 yüksək rütbəli zabitə cinayət işi açılıb
Region
25 Fevral , 2016 20:50
​Rusiyanın 4 general və admiralı korrupsiyada ittiham olunur

Bakı. 25 fevral. REPORT.AZ/ Rusiya Silahlı Qüvvələrinin 4 yüksək rütbəli zabiti (general və admiral) barəsində korrupsiya cinayəti işi üzrə istintaq davam edir.

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Hərbi İstintaq Baş İdarəsinin genişləndirilmiş toplantısında qurumun rəhbəri Aleksandr Soroçkin bildirib.

Onun sözlərinə görə, son 5 ildə başçılıq etdiyi idarəyə yüksək rütbəli zabitlərin işi üzrə 22 cinayət işi göndərilib: "Hazırda belə işlərdən 4-ü araşdırılır. Onların hamısı korrupsiya cinayətində ittiham edilirlər".

Son xəbərlər

Orphus sistemi