Rusiyanın ​20-yə yaxın hərbi gəmisi Xəzərdə təlimlər keçib

Rusiyanın ​20-yə yaxın hərbi gəmisi Xəzərdə təlimlər keçib Həştərxan və Mahaçqalada sualtı diversiyalara qarşı hərbi dəniz gəmilərinin təlimləri baş tutub
Region
245
12 May , 2015 15:23
Rusiyanın ​20-yə yaxın hərbi gəmisi Xəzərdə təlimlər keçib

Bakı. 12 may. REPORT.AZ/ Rusiyanın 20-yə yaxın hərbi gəmisi və 400-ə yaxın hərbçinin iştirakı ilə Xəzər dənizində sualtı diversiyalara qarşı hərbi dəniz gəmilərinin təlimləri baş tutub. Report "RİA-Novosti"yə istinadən xəbər verir ki, bu barədə RF Cənub Hərbi Dairəsinin mətbuat xidmətindən məlumat veriblər.

"Xəzər donanması gəmilərinin Həştərxan və Mahaçqaladakı dislokasiya məntəqələrində sualtı diversiyalara qarşı hərbi təlimlər keçirilib. Təlimlərdə 20-yə yaxın hərbi gəmi, kater, digər qayıqlar və 400-ə yaxın hərbçi iştirak edib", - məlumatda deyilir. 

Son xəbərlər

Orphus sistemi