Rusiyalı politoloq: "Ermənistan prezidenti nasistlərlə əməkdaşlıq etmiş daşnakın abidəsi önünə gül qoyur"

Rusiyalı politoloq: "Ermənistan prezidenti nasistlərlə əməkdaşlıq etmiş daşnakın abidəsi önünə gül qoyur" Aleksandr Perenciyev postsovet məkanında faşizmin qəhrəmanlaşdırılmasının qarşısının alınması tələbi ilə petisiya yerləşdirib
Region
1 Avqust , 2017 18:42
Rusiyalı politoloq: Ermənistan prezidenti nasistlərlə əməkdaşlıq etmiş daşnakın abidəsi önünə gül qoyur

Bakı. 1 avqust. REPORT.AZ/ Rusiyalı hərbi politoloq Aleksandr Perenciyev "Change.org" servisində "Postsovet məkanında faşizmin qəhrəmanlaşdırılmasının qarşısının alınması" adlı petisiya yerləşdirib.

"Report" "Change.org"a istinadən xəbər verir ki, petisiyada postsovet məkanında bəzi ölkələrdə II Dünya müharibəsi tarixinin təhrif olunduğu, nasistlərlə əməkdaşlıq etmiş cinayətkarlara abidələr ucaldıldığı, üstəlik, onların qəhrəman, milli xilasedici kimi qələmə verildiyi qeyd olunur.

Petisiyada həmçinin Ermənistanda alman faşistləri ilə əməkdaşlıq etmiş daşnak Qaregin Njdenin qəhrəmanlaşdırılması da qeyd olunub: "2016-cı ildə Ermənistanda faşist Qaregin Njdenin xatirəsinə ucaldılmış abidənin açılışı olub. Həmin bu daşnak lideri Böyük Vətən müharibəsi vaxtında işğal olunmuş Şərq ərazilərinin nasist naziri Alfred Rozenberqə Sovet Ermənistanını Almaniyanın koloniyasına çevirməklə bağlı müraciət edib. O, həmçinin SS-in reyxsfüreri Himmler ilə şəxsən tanış olub. Onun rəhbərliyi altında SS-in erməni legionu məhəllə aksiyalarında əsasını dinc sakinlərin təşkil etdiyi 20 mindən çox insanı qətlə yetirib. Onun əli minlərlə babalarımızın və ulu babalarımızın qanına bulaşıb. Bütün bunlara görə Njde sovet məhkəməsi tərəfindən məhkum edilib və Stalinin ölümündən sonra da ona qarşı münasibət dəyişməyib. Amma Ermənistanda düz Yerevanın mərkəzində ona abidə ucaldırlar və bu ölkənin prezidenti abidə önünə gül qoyur".

İyulun 31-də yerləşdirilmiş petisiyanı artıq 3,6 mindən çox adam imzalayıb.

Petisiya Rusiya Dövlət Dumasına, Federasiya Şurasına, Xarici İşlər Nazirliyinə və Ermənistan Xarici İşlər Nazirliyinə ünvanlanıb.

Son xəbərlər

Orphus sistemi