Bakı. 19 dekabr. REPORT.AZ/ Avropa dövlətləri və Türkiyə Rusiya Hərbi Hava Qüvvələrinin Uzaq Aviasiya Birliyinin Suriyadakı əməliyyatlarda iştirak edən təyyarələrinə hava məkanlarını bağlayıb.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya Hərbi-Kosmik Qüvvələri Uzaq Aviasiya Birliyi komandanının müavini, general-mayor Anatoli Konovalov jurnalistlərin "Rusiya təyyarəçiləri niyə Avropadan yan keçərək, Suriyaya uçurlar" sualını cavablandırarkən bildirib.
"Ölkəmizin şimal hissəsində yerləşən Oleneqorsk aerodromu təyyarələrin yanacaqla təmininin artırılmasını həyata keçirir. Tapşırığı yerinə yetirmədiyimiz vaxtlar da olub. Avropa və Türkiyə təyyarələrimizi hava məkanlarına buraxmayıb", - o, vurğulayıb.