Bu gün rusiyalı diplomatlar, onların ailə üzvləri, ticarət nümayəndəliyinin və “Rus evi”nin əməkdaşları Moldovanı tərk ediblər.
“Report” Moldova KİV-ə istinadən xəbər verir ki, Kişineunu ümumilikdə 70-ə yaxın rusiyalı tərk edib.
Rusiyanın Moldovadakı səfiri Oleq Vasnetsov jurnalistlərə bildirib ki, bundan sonra diplomatik missiyanın fəaliyyəti daha çətin olacaq. O qeyd edib ki, diplomatik nümayəndəliyin tərkibinin ixtisarına baxmayaraq, Moldovadakı konsulluq fəaliyyəti davam etdiriləcək.
Xatırladaq ki, iyulun sonunda O.Vasnetsov Moldova Xarici İşlər Nazirliyinə çağırılıb. Ona məlumat verilib ki, Moldova tərəfi Rusiyanın respublikadakı diplomatik nümayəndəliyinin sayını azaltmaq niyyətindədir və bu tələb avqustun 15-dək yerinə yetirilməlidir.