Rusiyadan Azərbaycana gələn qatarlara yeni hərəkət qrafiki tətbiq edilib

Rusiyadan Azərbaycana gələn qatarlara yeni hərəkət qrafiki tətbiq edilib Bakı. 10 dekabr. REPORT.AZ/ Rusiya Dəmir Yolları ASC (RDY) dekabrın 10-dan etibarən Azərbaycan istiqamətində hərəkət edən qatarlar üçün yeni qrafik tətbiq edib.
Region
10 Dekabr , 2017 17:40
Rusiyadan Azərbaycana gələn qatarlara yeni hərəkət qrafiki tətbiq edilib

Bakı. 10 dekabr. REPORT.AZ/ "Rusiya Dəmir Yolları" ASC (RDY) dekabrın 10-dan etibarən Azərbaycan istiqamətində hərəkət edən qatarlar üçün yeni qrafik tətbiq edib.

“Report” xəbər verir ki, RDY dekabr ayının ikinci bazar günü qatarların yeni hərəkət qrafikini tətbiq edir.

"10 dekabr 2017-ci il Moskva vaxtı ilə 00.00-dan bütün Rusiya dəmir yolları şəbəkəsində 2017/2018-ci illər üçün yeni hərəkət qrafiki və qatarların formalaşdırılması planı tətbiq edilib", - deyə şirkətdən bildirilib.

Yeni qrafik üzrə beynəlxalq sərnişin daşımaları birbaşa və tranzit yolu ilə 11 Avropa və Asiya ölkəsinə (Almaniya, Fransa, Polşa, Avstriya, Çexiya və digər), həmçinin 11 MDB və Baltikyanı ölkəyə (Belarus, Ukrayna, Moldova, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Latviya, Litva, Estoniya) həyata keçiriləcək.

Son xəbərlər

Orphus sistemi