Rusiyadan alınan “S-400” sisteminin Türkiyədə quraşdırılacağı tarix açıqlanıb

Rusiyadan alınan “S-400” sisteminin Türkiyədə quraşdırılacağı tarix açıqlanıb Bakı. 25 oktyabr. REPORT.AZ/ “S-400” zenit-raket müdafiə sisteminin Türkiyədə quraşdırılmasına 2019-cu ilin oktyabrında başlanılacaq”.
Region
126
25 Oktyabr , 2018 11:38
Rusiyadan alınan “S-400” sisteminin Türkiyədə quraşdırılacağı tarix açıqlanıb
RİA
0 : 00
0 : 00

Bakı. 25 oktyabr. REPORT.AZ/ “S-400” zenit-raket müdafiə sisteminin Türkiyədə quraşdırılmasına 2019-cu ilin oktyabrında başlanılacaq”.

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib.

Onun sözlərinə görə, 2019-cu ilin əvvəlində Türkiyə müdafiə sistemi kompleksi ilə bağlı təlimatlanmaq üçün Rusiyaya heyət göndərəcək: “Hazirda heyətin seçilməsi mərhələsindəyik”.

Nazir vurğulayıb ki, “S-400”lə bağlı NATO və ABŞ-ın narahatlığı yersizdir: “Biz ”S-400”lə bağlı qərarı seçimə görə deyil, məcburiyyət qarşısında qəbul etmişik”.

H.Akar deyib ki, ABŞ “F-35” döyüş təyyarələrini 2019-cu ilin martında Türkiyəyə tədarük edəcək.

Qeyd edək ki, Türkiyə hava hücumundan müdafiə sistemi ilə bağlı ABŞ və NATO-ya dəfələrlər müraciət etmişdi. Onlar Türkiyəyə müvəqqəti olaraq, “Patriot” vermiş, bir il sonra isə sistemi ölkədən çıxarmışdılar.

Son xəbərlər

Orphus sistemi